Reanimasiyadakı xəstələrin sayı açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı sentyabrın 4-nə olan statistik göstəriciləri açıqlayıb.
BAKU.WS xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 2 069 nəfər aktiv koronavirus xəstəsi var.
Onlardan 135 nəfər reanimasiyada, 16 nəfər isə süni tənəffüs cihazındadır.
Ümumilikdə 37 031 nəfər virusa yoluxub, 34 419 nəfər sağalıb, 543 nəfər vəfat edib.
Bu gün 7 048 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 949 313 test aparılıb.
Qeyd edək ki, bu gün 132 koronavirusa yoluxma faktı qeydə alınıb, 155 nəfər sağalıb, 2 nəfər ölüb.
Oxşar xəbərlər
Azərbaycanda daha 132 yoluxma qeydə alınıb, 155 nəfər sağalıb
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 132 yeni yoluxma faktı qeydə alınıb, 155 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. Nazirlər Kabineti ya...