Rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Avqustun 9-u axşam saatlarından başlayaraq bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxır, yağış yağır.
Bu barədə BAKU.WS-ə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir.
Düşən yağıntının miqdarı Gədəbəydə 17, Daşkəsəndə 14, Ağstafa, Göygöldə 9, Şəmkirdə 7, Gəncədə 6, Tovuzda 4, Şəkidə 2, Tərtər, Yevlax, Ceyrançöl, Şahdağ, Naftalanda 1 mm-dir.
Bəzi yerlərdə şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Culfa və Mingəçevirdə 21, Naftalanda 18, Şabranda 17, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Sədərəkdə 15 m/s-yə çatır.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 39, Aran rayonlarında 40, Naxçıvan MR-da 38, dağlıq rayonlarda isə 27 dərəcəyədək isti müşahidə olunub.
Oxşar xəbərlər
Dövlət qurumlarının informasiya resurslarında təhlükəsizlik boşluqları aşkarlanıb
Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı dövlət qurumlarının 472 informasiya resursunda təhlükəsizlik boşluqları aşkarlanıb. BAKU.WS Xüsusi Rabitə və İnform...