Rayonlara gedənlərə vacib xəbər

DIN-in Baş Dövlət Yol Polisi İdarəsi həftəsonları paytaxtdan bölgələrə gedən avtomobil axınının artması ilə əlaqədar sürücülərə müraciət edib.
İdarədən BAKU.WS-ə verilən məlumata görə, müraciətdə bildirilib ki, magistral və əsas yollarda hərəkət intensivliyinin yüksəlməsi qəza ehtimalını artırır və bu səbəbdən sürücülərin daha diqqətli, məsuliyyətli davranması vacibdir: "Yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki sazlığı, xüsusilə təkərlərin, işıq cihazlarının və əyləc sisteminin vəziyyəti mütləq yoxlanılmalıdır. Eyni zamanda, sürət həddinə əməl edilməsi, sükan arxasına yorğun və yuxusuz halda əyləşməmək, uzun məsafələrdə isə fasilələrlə istirahət etmək təhlükəsizliyin əsas şərtlərindəndir".
Baş Dövlət Yol Polisi İdarəsi bir daha diqqətə çatdırır ki, yol hərəkəti qaydalarına əməl olunmaması inzibati məsuliyyət yaratmaqla yanaşı, insan həyatının itirilməsi ilə nəticələnən ağır faciələrə də səbəb olur.
Oxşar xəbərlər
Bakıda min nəfər şagirdi olan məktəbin işığı yanmır, suyu da gəlmir
Su kəsilib, məktəbin sanitar qovşaqları daşınma su ilə təmizlənir. Dərsləri elektron lövhələrlə keçmək mümkün deyil. Çünki, minə yaxın şagirdi olan bu təhsil oc...
