İraq və Suriyadan daha 13 nəfər ölkəyə qaytarılıb
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Hökuməti tərəfindən repatriasiya işlərinin davamı olaraq son günlərdə İraq və Suriyadan daha 13 nəfər vətəndaşımız ölkəmizə qaytarılıb. Onlardan 2-si qadın, 11-i uşaqdır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən BAKU.WS-ə verilən məlumata görə, repatriasiya olunmuş şəxslərdən 11-i Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin sosial xidmət müəssisəsinə, 2-si tibb müəssisəsinə yerləşdirilib. Repatriantlara ilkin tibbi, sosial-psixoloji dəstək işlərinə başlanıb.
Növbəti mərhələ kimi, Agentliyin sosial işçiləri və psixoloqları repatriasiya olunmuş qadın və uşaqların sosial-psixoloji vəziyyətlərini qiymətləndirəcək. Nəticəsinə uyğun olaraq hər bir repatriantla bağlı fərdi inkişaf planı əsasında psixoloji dəstək tədbirləri həyata keçiriləcək.
Qeyd edək ki, reabilitasiya prosesini başa çatdıran repatriantların sosial reabilitasiyası onlar öz mənşə ailələrinə verildikdən sonra da davam etdirilir. Onlara sosial dəstək xidmətləri digər aidiyyəti orqanlarla qarşılıqlı əməkdaşlıq şəraitində həyata keçirilir.
Ölkəyə qaytarılan vətəndaşlarımızın sosial re-inteqrasiyası və sosial-reabilitasiyası məqsədilə Agentliyin mütəxəssisləri tərəfindən fərdi sosial iş aparılır.
Həmin şəxslər psixoloji konsultasiyalara, maarifləndirici tədbirlərə, asudə vaxtlarının mənalı keçmələri üçün müxtəlif dərnəklərə cəlb edilir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...