İranda sutka ərzində 9 727 nəfər koronavirusa yoluxub, 61 nəfər ölüb
Yeniliklərdən dərhal xəbərdar olun
İranda ötən sutka ərzində 9 727 nəfər koronavirusa (COVID-19) yoluxub, 61 nəfər ölüb.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.
Bununla da İranda bu virusdan ölənlərin sayı 141 998 nəfər, yoluxanların sayı isə 7,39 milyondan çoxdur. Virus daşıyıcılarından 1 227 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Ölkədə indiyədək təxminən 7,08 milyon nəfər koronavirusdan sağalıb, 53,2 milyondan çox diaqnoz testi həyata keçirilib.
Ümumilikdə, İranda 153 milyondan çox vaksin vurulub. Birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 64,7 milyon, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 58,1 milyon, üçüncü mərhələ üzrə vaksinasiya olunanların sayı 30,2 milyon təşkil edir.
Oxşar xəbərlər
İranda daha 181 nəfər koronavirusdan ölüb
İranda ötən sutka ərzində 181 nəfər koronavirusdan (COVID-19) ölüb, 11 844 nəfər yoluxub. BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə...