İranda COVID-19-dan 5118 nəfər ölüb - Qonşu ölkələrdə SON DURUM
Yeniliklərdən dərhal xəbərdar olun
İranda koronavirusa yoluxaraq ölənlərin sayında azalma müşahidə edilsə də, epidemiyanın öhdəsindən tam gəlmək hələ də mümkün olmayıb.
BAKU.WS xəbər verir ki, ölkənin Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur bildirib ki, son 24 saat ərzində İranda virusa yoluxanların sayı 82 min 211 nəfərə, ölənlərin sayı isə 5118-ə çatıb.
Bununla yanaşı, xüsusi xəstəxanalarda müalicə alan 57 min 23 nəfər sağalaraq evə buraxılıb.
Qeyd edək ki, koronavirusla bağlı qorxulu vəziyyət qonşu Türkiyədə də müşahidə olunur. Ölkədə COVID-2019 virusuna yoluxanların sayı 82 min nəfəri keçib.
Digər qonşu ölkələrdən Rusiyada 42,853, Qazaxıstanda 1,676, Ermənistanda 1,291, Gürcüstanda isə 394 nəfərdə koronavirusa yoluxma halı qeydə alınıb.
| ÖLKƏLƏR | YOLUXANLAR | ÖLƏNLƏR | SAĞALANLAR |
| Azərbaycan | 1398 | 19 | 712 |
| Türkiyə | 82,329 | 1,890 | 10,453 |
| İran | 82,211 | 5,118 | 57,023 |
| Rusiya | 42,853 | 361 | 3,291 |
| Qazaxıstan | 1,676 | 17 | 400 |
| Ermənistan | 1,291 | 20 | 545 |
| Gürcüstan | 394 | 4 | 86 |
Oxşar xəbərlər
Qonşu ölkədə koronavirusdan ölənlərin sayı azalır - CƏDVƏL
Son 24 saat ərzində İranda koronavirusdan ölənlərin sayı 92 olub. BAKU.WS İRNA-ya istinadən xəbər verir ki, bu barədə İran Səhiyyə Nazirliyinin mətbuat katibi...