İran Milli Bankının Bakı filialının fəaliyyəti məhdudlaşdırılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) İran Milli Bankının Bakı filialının (“Bank Melli İran-Baku”) fəaliyyətini məhdudlaşdırıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-a filialdan bildirilib.
Məlumata görə, tənzimləyici qurum kredit təşkilatına məktub göndərib və hesabdan pul götürmək istisna olmaqla bütün bank əməliyyatlarının (depozit qəbulu, kredit verilməsi və s.) dayandırılmasını tələb edib. Bununla yanaşı, “Bank Melli İran-Baku”dan AMB-nin qərarının səbəbləri barədə açıqlama verilməyib.
Xatırladaq ki, İran Milli Bankının Bakı filialı 1993-cü ildən fəaliyyət göstərir. Onun nizamnamə kapitalı 73,611 milyon manatdır.

Oxşar xəbərlər
Yeni il üçün kafe-restoran səfası neçəyə başa gələcək? - “Səhnəyə yaxın masada qiymət 500 manatdır”
Yeni il şənlikləri ərəfəsində paytaxtda yerləşən əyləncə obyektləri öz proqramlarını təklif etməyə başlayıblar. Bakıda fəaliyyət göstərən restoranlar da bir-bir...