Ramiz Rövşən: “Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur”
Yeniliklərdən dərhal xəbərdar olun
Beynəlxalq kitab sərgiləri mənim dediyimi bir daha təsdiqləyir. Azərbaycanda heç vaxt oxucu qıtlığı olmayıb, bu gün də yoxdur.
BAKU.WS xəbər verir ki, bunu IX Bakı Beynəlxalq Kitab Sərgisinin iştirakçısı, Xalq şairi Ramiz Rövşən AZƏRTAC-a açıqlamasında bildirib.
Bakı Ekspo Mərkəzində davam edən sərgi barədə fikirlərini bölüşən Ramiz Rövşən deyib: “Bu kitab bayramı çox yaxşı təşkil olunub. Sərgini ziyarət edənlər arasında demək olar ki, bütün yaş kateqoriyasına aid oxucular var. Bu, məni çox sevindirir. Düşünürəm ki, bizim hələ çox həvəskar və gözəl oxucularımız var. Çox arzulayıram ki, balaca oxucuların öz həmyaşıd gənc şairləri yetişsin”Xatırladaq ki, 9-cu Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Xalq şairi Ramiz Rövşənin “Dünyanın siz olan yeri” kitabının təqdimatı və imza günü keçirilib.
Oxşar xəbərlər
Heydər Əliyev Mərkəzində bəhreynli rəssamın “İlk qığılcım” adlı sərgisi açılıb - FOTO
Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələrindən ibarət daha bir sərgi təqdim edib. BAKU.WS xəbər verir ki, martın 14-də mərkəzdə bəhreynli...