Ramiz Mehdiyev AMEA-nın üzvlüyündən niyə çıxarılmır?
"Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək".
BAKU.WS xəbər verir ki, bu barədə Oxu.Az-a AMEA-nın İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.
Qeyd olunub ki, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ibtidai istintaqı davam etdirilən və barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Ramiz Ənvər oğlu Mehdiyevin Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlüyündən çıxarılması məsələsi ilə bağlı Akademiya tərəfindən ictimaiyyətə bir neçə dəfə rəsmi açıqlama verilib:
"Akademiyanın rəhbərliyi bir daha Ramiz Ənvər oğlu Mehdiyevin dövlət əleyhinə törətdiyi əməlləri qətiyyətlə pisləyir və bağışlanmaz olduğunu bildirir. Qeyd edək ki, Ramiz Mehdiyevin Akademiyanın həqiqi üzvlüyündən xaric edilməsi məsələsi qüvvədə olan qanunvericiliyin tələblərinə riayət olunmaqla həll ediləcək. Belə ki, ona qarşı irəli sürülmüş ittihamlar üzrə təqsirliliyi məhkəmə hökmü ilə təsdiq edildiyi halda, məsələ Azərbaycan Milli Elmlər Akademiyasının Ümumi Yığıncağı üzvlərinin müzakirəsinə çıxarılacaq və müvafiq qərar qəbul ediləcək.
Azərbaycan Milli Elmlər Akademiyası fəaliyyətində hüququn aliliyini, qanunçuluq prinsiplərini və hüquqi prosedurların şəffaflığını əsas kimi rəhbər tutduğunu bir daha vurğulayır".
Oxşar xəbərlər
Xocalı soyqrımına görə bu yollar TAM BAĞLANACAQ
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Bu barədə BAKU.WS-ə Bakı şəhər Dövlət Y...