Ramin Bayramlı: Sərt karantinin nəticəsini bu həftənin əvvəlində müşahidə etməyəcəyik
Yeniliklərdən dərhal xəbərdar olun
Həftə sonunda tətbiq edilən sərt karantin qaydalarının nəticəsini bu həftənin əvvəlində müşahidə etməyəcəyik.
BAKU.WS-in məlumatına görə, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, COVİD-19 virusunun inkubasiya dövrü 7-10 gündür:
"Biz iki gün ərzində insanların təmasını minimuma endirdik. Həftənin son iki günündə karantin qaydalarının tətbiqi onunla əlaqədardır ki, həmin günlərdə iş aktivliyi onsuz da aşağı idi. Əsas məqsəd də o idi ki, biz qaydalara əməl edərək təması minimuma endirək. Biz bu həftə buna nail olduq".
R.Bayramlı qeyd edib ki, 1-2 həftə sonra aparılacaq təhlillər həftə sonunda tətbiq edilən karantinin əhəmiyyətini göstərəcək: "Ona görə də planlaşdırılır ki, bu, qarşıdakı həftələrdə və bayram günlərdə də tətbiq edilsin. Amma insanlarımız işləməyə icazənin verildiyi 1-5-ci günlər ərzində də lazımi qaydalara əməl etməlidirlər".
Oxşar xəbərlər
Sərt karantin rejimi hər həftəsonu olacaq? - RƏSMİ AÇIQLAMA - VİDEO
Dünən gecədən etibarən Bakı, Sumqayıt, Gəncə və Lənkəran şəhərləri, həmçinin Abşeron rayonunda karantin rejimi qaydaları qəfil sərtləşdirildi. Bir çox dövlət və...