Ramil Usubov 860 gəncdən 335-ni polisə seçdi

Ramil Usubov  860 gəncdən 335-ni polisə seçdi
Sosial 1973
 

Daxili işlər naziri Ramil usubov Göyçay, Mingəçevir, Ağsu, Şamaxı, İsmayıllı, Yevlax, Ucar, Kürdəmir, Ağdaş şəhər və rayon polis orqanlarında vakant olan sıravi və kiçik rəis heyəti, həmçinin, "İctimai asayişin qorunmasında vətəndaşların iştirakının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 2 mart tarixli fərmanının icrası çərçivəsində mülki işçi vəzifələrinə xidmətə qəbulla bağlı sıra baxışı keçirib.

BAKU.WS xəbər verir ki, sıra baxışında həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək istəyən 860 nəfər iştirak edib. Onların arasından daha hazırlıqlı olan 71-i polisin, 25 nəfəri Daxili Qoşunların sıralarında xidmətə, 239 gənc isə mülki işçi vəzifələrinə namizəd kimi seçilərək sənədlərinin hazırlanması üçün aidiyyatı baş idarələrin rəhbərlərinə müvafiq göstəriş verilib.

Daxili işlər naziri namizədləri təbrik edərək gələcək çətin və şərəfli xidmətlərində uğurlar arzulayıb, tapşırıq və tövsiyələrini verib.

BAKU.WS

Oxşar xəbərlər

Ramil Usubov vətəndaşları qəbul etdi

Ramil Usubov vətəndaşları qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları...

1336 Sosial 18:05 29 aprel 2016

Son xəbərlər