Ramazan ayının on altıncı gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının on altıncı gününün imsak, iftar və namaz vaxtları
Sosial 3

Sabah Ramazan ayının on altıncı günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 17-də imsak vaxtı saat 04:29-da, iftar vaxtı isə 19:36-dadır.

Aprelin 17-si üçün namaz vaxtları:

Sübh azanı 04:34Zöhr azanı 12:40Əsr azanı 17:24Məğrib azanı 19:36İşa azanı 20:41

On altıncı günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin!”

Tərcüməsi: “İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Allah orucunuzu qəbul eləsin!

Oxşar xəbərlər

Ramazan ayının üçüncü gününün iftar və namaz vaxtları

Ramazan ayının üçüncü gününün iftar və namaz vaxtları

Bu gün Ramazan ayının üçüncü günüdür. Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 4-də iftar vaxtı 19:22-dir. Üçüncü günün iftar...

131 Sosial 09:40 04 aprel 2022

Son xəbərlər