Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları

Ramazan ayının ikinci gününün imsak və iftar vaxtları
Foto
Sosial 304

Sabah Ramazan ayının ikinci günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 3-də imsak vaxtı saat 04:55-də, iftar vaxtı isə 19:21-dir.

Aprelin 3-ü üçün namaz vaxtları:

Sübh azanı 05:00Zöhr azanı 12:44Əsr azanı 17:15Məğrib azanı 19:21İşa azanı 20:24

İkinci günün imsak vaxtı üçün duasını təqdim edirik:

“Allahummə qərribni fihi ila mərzatik. Və cənnibni fihi min səxətikə və nəqimatik. Və vəffiqni fihi liqiraəti ayatik. Birəhmətikə ya ərhəmər-rahimin”.

Tərcüməsi: “İlahi, məni bu ayda öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey rəhimlilərin rəhimlisi, məni bu ayda öz ayələrini oxumağa müvəffəq et! Amin!”

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi: “İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”.

Allah orucunuzu qəbul eləsin!

Oxşar xəbərlər

Ramazan ayı ilə bağlı fətva verildi

Ramazan ayı ilə bağlı fətva verildi

Ramazan ayı ilə bağlı Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası Fətva verib. BAKU.WS xəbər verir ki, Fətvada deyilir: “Ramazanın fəzilətləri barədə müqəddəs...

368 Sosial 15:44 29 mart 2022

Son xəbərlər