Rafael Şvartsman: "Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır"
Hazırda Heydər Əliyev Beynəlxalq Aeroportunun inkişafı üçün master-plan hazırlanır.
BAKU.WS xəbər verir ki, bu barədə report-a müsahibəsində IATA-nın Avropadakı regional vitse-prezidenti Rafael Şvartsman bildirib.
Vitse-prezidentin sözlərinə görə, Aviasiya sahəsində çox yaxşı potensiala malik olan Azərbaycan həm də müəyyən çağırışlarla üz-üzədir.
"Bunlardan ən vacibi hava limanlarının buraxılış qabiliyyətidir. Heydər Əliyev hava limanının tezliklə tam rejimdə fəaliyyətə başlayacağı gözlənilir. Hazırda onun inkişafı ilə bağlı master-plan hazırlanır ki, bu da mövcud obyektlərin beynəlxalq standartlara uyğun olaraq səmərəli şəkildə genişləndirilməsi və modernləşdirilməsi proqramının qəbul edilməsi ilə nəticələnməlidir. Hava hərəkətinin idarə edilməsi sistemi də modernləşdirilməlidir", - R.Şvartsman bildirib.
Digər tərəfdən, onun sözlərinə görə, böyük imkanlar da mövcuddur.
"İlk növbədə, bu, Azərbaycanın Avropanı və Asiyanı birləşdirən əlverişli coğrafi mövqeyidir. Bu, ölkəni, xüsusilə yük daşımaları üçün əsas tranzit qovşağına çevirir. Bu rol bu yaxınlarda 1,5 milyon ton buraxılış qabiliyyətinə malik yük terminalının tikintisi ilə təsdiqlənir. Həmçinin "Silk Way" qrupu Ələt Azad İqtisadi Zonasında yeni yük hava limanının tikintisinə investisiya yatırdığını elan edib", - R. Şvartsman əlavə edib.
Oxşar xəbərlər
Sakinlərin NƏZƏRİNƏ: Bakının bu ərazilərində qaz olmayacaq
Sabah Bakının Yasamal rayonunun bir hissəsində qaz olmayacaq. BAKU.WS xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. "Təmir-bərpa işləri...