Qızına 400 minlik toy edən məmur İŞÇİLƏRİNİ QOVUR — SƏBƏB
Yeniliklərdən dərhal xəbərdar olun
Xeyli müddətdir vəzifədən gedəcəyi bildirilən Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov rəhbərlik etdiyi qurumda "təmizlik işləri"nə başlayıb.
BAKU.WS "Ölkə.Az"-a istinadən xəbər verir ki, son bir həftədə Şükürov idarənin bir neçə məsul əməkdaşını işdən uzaqlaşdırılıb. Qeyd edilir ki, yaxın günlərdə daha bir neçə əməkdaş yola salınacaq. Mənbə bildirir ki, rəis artıq işdəki yaxın çevrəsinə güvənmir və onları uzaqlaşdırmaqda qərarlıdır.
Xatırladaq ki, SOCAR prezidenti Rövnəq Abdullayevlə yaxın olduğu deyilən idarə rəisi bir neçə ay öncə qızına etdiyi 400 minlik toyla gündəmə gəlmişdi.
Əməkdaşımız məsələylə bağlı Qüdrət Şükürovun özüylə əlaqə saxlayıb. İdarə rəisi xəbəri nə təsdiq, nə də təkzib edib: "Siz nə danışırsız e".
BAKU.WS
Oxşar xəbərlər
Bakı Lift İdarəsinin rəisi dəbdəbli toydan və işdən qovulduğu iddiasından danışdı
Qızı Aysel Şükürovanın dəbdəbəli toyu və zəngin həyatı ilə gündəmə gələn Bakı Lift İdarəsinin rəisi Qüdrət Şükürov haqqında yazılan xəbərlərə münasibət bildirib...