"Qızıl beyin"in sahibi Günel Musayeva və onun bacısı Bakıda uğurlarlarından danışdı (FOTO)
Türkiyənin Bahçeşehir Universitetini (BAU) birinciliklə bitirən azərbaycanlı məzunlar "Qızıl beyin"in sahibi Günel və Xeyransa Musayevaların uğurları ilə bağlı Bakıda mətbuat konfransı keçirilib.
BAKU.WS-ın məlumatına görə, tədbirdə çıxış edən universitetin rektoru Şenay Yalçın bildirib ki, rəhbərlik etdiyi təhsil olacağı istedadlı tələbələrə hər zaman dəstək olub. O deyib ki, universiteti yüksək nəticələrlə bitirən tələbələr arasında azərbaycanlıların olmasından məmnundur: "Bahçeşehir Universitetində tələbələrin yüksək təhsil alması üçün böyük imkanlar var. Universitetin tələbələri türk dünyası üçün yetişirlər. Elə məzunlar yetişdirməliyik ki, hər yerdə çalışaraq bizi təmsil edə bilsinlər”.
Rektor əlavə edib ki, Bahçeşehir Universiteti artıq bu ildən Azərbaycan Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandan yüksək bal toplayan tələbələrə təqaüd verəcək. Azərbaycanla möhkəm dostluq əlaqələrinin olduğunu vurğulayan Ş. Yalçın bunun göstəricisi olaraq "BAU Məzun və İletişim” ofisinin xarici ölkələr içində ilk olaraq Azərbaycanda açıldığını bildirib: "Əgər Azərbaycanda bizə uyğun şərait yaradarlarsa, universiteti Azərbaycanda da qura bilərik. İnanıram ki, belə də olacaq”.
Universitetin dekanı Necip Çakır azərbaycanlı tələbələrin müvəffəqiyyətlərindən danışıb, onlara uğurlar arzu edib.
Günel və Xeyransa Musavayevalar isə uğurun təsadüfü olmadığına, hər bir nailiyyətin əzm, iradə ilə yorulmadan çalışmaqdan keçdiyinə inandıqlarını söyləyərək onlara dəstək olanlara təşəkkür ediblər.
Qeyd edək ki, Bahçeşehir Universiteti ingilis dilində təhsil verir.
Tuncay
BAKU.WS
Oxşar xəbərlər
BDU rəhbərliyi tələbələrin narazılığına cavab verdi
Bakı Dövlət Universitetinin tələbələri imtahanda üzrlü səbəbdən iştirak edə bilməyəcəkləri təqdirdə təqaüd almayacaqları, eyni zamanda alt qrupun ödənişli olub...