Qusarda dini mövzuların mediada təqdimatına həsr olunmuş konfrans keçirilir
Yeniliklərdən dərhal xəbərdar olun
Qusarda "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfrans keçirilir.
BAKU.WS xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə təşkil olunub. Konfransda Dini Komitə və Qusar Rayon İcra Hakimiyyətinin rəhbərliyi, mətbuat nümayəndələri, ilahiyyatçılar, həmçinin din xadimləri iştirak edirlər.
Tədbirdə media subyektlərinin dini sahə ilə bağlı məsələlərin işıqlandırılmasında məsuliyyəti, dini maarifləndirmə işinin təşkilində mətbuatın rolu, radikalizm, ekstremizm, dözümsüzlük kimi mənfi təzahürlərin yayılmasının qarşısının alınması üçün üzərlərinə düşən öhdəliklərin müzakirəsi aparılacaq, habelə bölgədə yerləşən dini ibadətgahlara mediatur təşkil ediləcək.
Xatırladaq ki, konfransın media dəstəyi Global Media Group və APA Media Groupdur.
Oxşar xəbərlər
Bakıda iki ərazidə yol təmiri ilə bağlı nəqliyyatın hərəkətində məhdudiyyət gözlənilir
Sabah saat 08:00-dan başlayaraq Bakının Qaradağ rayonunun Ümid qəsəbəsinin mərkəzi yolunda təmir işləri həyata keçiriləcək. BAKU.WS bu barədə Azərbaycan Avtomob...