Qurban Qurbanov: "Əfsuslar olsun ki, gənc övladlarımız canlarını tapşırırlar"
Yeniliklərdən dərhal xəbərdar olun
"Mənim üçün danışmaq, fikir bildirmək asan deyil. 50 şəhidimiz var, qızğın döyüşlər gedir".
BAKU.WS xəbər verir ki, baş məşqçi bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsində "Nant" ilə keçiriləcək oyundan öncə mətbuat konfransında deyib:
"Allah şəhidlərimizə rəhmət eləsin. Bura gəlməzdən öncə də proseslərlə maraqlandıq. Əfsuslar olsun ki, gənc övladlarımız canlarını tapşırırlar. Allah ailələrinə səbir versin. Rəqib barədə çox danışmaq istəmirəm. “Nant”ı analiz etmişik. Qrupumuzda ən baxımlı futbol oynayan komandadır. Fərdi ustalığı yüksək futbolçuları var. Onlara qarşı ancaq yaxşı futbol oynamalıyıq. “Nant”dan çəkinməməliyik. Aqressiv futbol oynayırlar. Biz də bunu nəzərə alıb, rəqibin üzərinə getməli, hücumda aktiv olmalıyıq. İnanıram ki, futbolçularım bunu bacaracaqlar. Bəzi risklər almalıyıq".
Oxşar xəbərlər
Din xadimi: "Qurban kəsmək yalnız Həcc ziyarətində olanlar üçün vacibdir"
"Qurban kəsmək yalnız Həcc ziyarətində olanlar üçün vacibdir". BAKU.WS xəbər verir ki, bu fikirləri "Report"a açıqlamasında din xadimi Hacı Şahin Həsənli bildir...