Qurban bayramında ən çox ziyarət olunan məkanlardan biri - FOTOREPORTAJ

Qurban bayramında ən çox ziyarət olunan məkanlardan biri - FOTOREPORTAJ
Foto
Sosial 78

Naxçıvanda dini-mədəni inancların qorunub saxlanıldığı, möcüzəvi xüsusiyyətləri, sirli-sehrli görünüşü ilə diqqəti cəlb edən məkanlardan biri “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksidir.

“Report” xəbər verir ki, müqəddəs Qurban bayramında insanların ən çox ziyarət etdikləri ziyarətgah Naxçıvan şəhərindən, təqribən 12 km aralıda – Culfa rayonunda, Haçadağ və Nəhəcir dağları arasındakı ərazidə yerləşir.

Dəniz səviyyəsindən 1 665 metr yüksəklikdəki mağara ən qədim zamanlardan tanrıya pənah gətirənlərin, müqəddəsliyə, ilahi gücə inananların səcdəgahı olub. Tədqiqatlar sübut edir ki, Qurani-Kərimdə adı çəkilən “Əshabi-Kəhf” məhz Naxçıvandadır.

Ümummilli Lider Heydər Əliyevin tapşırığı və himayəsi ilə 1998-ci ildə burada abadlıq-bərpa işləri aparılıb. Ziyarətgahın girişində bu haqda məlumat verən kitabə qoyulub.

“Əshabi-Kəhf” ziyarətgahının adı ərəb dilindən götürülüb. "Əshab” yeniyetmə cavan oğlanlar, "kəhf” isə mağara, sığınacaq yeri deməkdir.

"Əshabi-Kəhf” təkcə ziyarətgah deyil, həm də Azərbaycanın ən qədim tarixi abidələrindən biridir.

Hər il buranı Azərbaycanın digər bölgələrindən və xarici ölkələrdən gələn minlərlə zəvvar, turist və qonaq ziyarət edir.

"Əshabi-Kəhf” ziyarətgahında "Yeddi kimsənə”, "Cənnət bağı", ziyarətgahda yerləşən məscid, "Qara daş”, "Damcıxana” insanların daha çox dualar edib ziyarət etdiyi məkanlardandır.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bu gün ikinci Qədr gecəsidir - ƏMƏLLƏR

Bu gün ikinci Qədr gecəsidir - ƏMƏLLƏR

Bu gecə Azərbaycanda Ramazan ayının ikinci Qədr (əhya) gecəsidir. BAKU.WS xəbər verir ki, bununla bağlı Qafqaz Müsəlmanları İdarəsi (QMİ) fətva verib. Bu gecələ...

248 Sosial 09:14 11 aprel 2023

Son xəbərlər