Qubanın Ərməki kəndindən sel keçib, evlərə ciddi ziyan dəyib - ANBAAN VİDEO

Qubanın Ərməki kəndindən sel keçib, evlərə ciddi ziyan dəyib - ANBAAN VİDEO
Video
Sosial 240

Quba rayonu Ərməki kəndi ərazisində güclü yağış yağıb, sel keçib.

BAKU.WS xəbər verir ki, hadisə ötən gün baş verib. Qeyd edək ki, saat 18:00-a olan məlumata əsasən Daşkəsən, Gədəbəy, Göygöl, Quba, Qusar, Altıağac, Qrız, Astarada şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, Gədəbəy rayonunda saat 15:10-15:20 radələrində diametri 10 mm olan dolu düşüb.

Saat 16:10 radələrində Quba rayonu ərazisindən keçən Vəlvələçayda sel müşahidə olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər