Qubada şəhid ailələri və qazilər üçün tibbi aksiya təşkil edilib - FOTO

Şimal bölgəsində şəhid ailələri və qazilər müayinə edilib.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin, Quba Rayon İcra Hakimiyyətinin, Elmi-Tədqiqat Kardiologiya İnstitutunun və Quba Rayon Mərkəzi Xəstəxanasının təşəbbüsü ilə növbəti tibbi aksiya keçirilib.
Tədbir zamanı Quba, Qusar, Xaçmaz rayonlarında yaşayan və qeyd edilən həssas kateqoriyalardan olan 150-dən artıq vətəndaş kardioloji, endokrinoloji, şüa-diaqnostika və nevroloji müayinələrdən keçib. Onlara EKQ, ExoKQ müayinəsi aparılıb.
Müayinələrin nəticələrinə əsasən, xəstələrə müvafiq müalicələr təyin edilib, digər patologiya aşkar olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.
Qalereya
Oxşar xəbərlər
Avto-icbari sığorta üzrə mühüm yenilik: Zərərçəkənə ödənişi öz sığortaçısı ödəyəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı...
