Qubada karantini pozan obyekt işçiləri cəzalandırılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Qubada karantin qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl olunmasına ciddi nəzarət edilir.
Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlayıblar.
Həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, orada çalışan altı işçi barədə inzibati qaydada tədbirlər görülüb.
Oxşar xəbərlər
Karantin rejimini pozan obyektlər aşkarlandı - İşçilər və müştərilər saxlanıldı - FOTO
Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xüsusi karantin rejim qaydalarının təmin olunması istiqamətində tədbirlər davam etdirir. DİN-in Mətbuat Xidmət...