Qrip olan şəxs peyvənd oluna bilərmi?
Yeniliklərdən dərhal xəbərdar olun
“Koronavirus əleyhinə peyvəndin birinci dozasından sonra mövsümi qripə yoluxan şəxsdə yüksək hərarət yoxdursa və qripin aktiv dönəmində deyilsə, ikinci dozanı vurdura bilər”.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib.
Həkim-infeksionist bildirib ki, mövsümi qrip uzun müddət davam etmir:
“İkinci dozanın vurulması adətən 28 gün ərzində həyata keçirilir. Lakin müəyyən səbəblərdən ikinci dozanı vaxtında vurdura bilməyənlər üçün 56 gün möhlət verilir. Həmin müddət ərzində ikinci dozanın vurdurulması tövsiyə edilir”.
Oxşar xəbərlər
Virusa ötən il yoluxan insanlara peyvəndin birinci dəfə vurulan dozası kifayətdir? - AÇIQLAMA
"Aparılan tədqiqalar nəticəsində öncədən virusa yoluxmuş insanlara peyvəndin ikinci dozasının vurulmasından sonra onlarda yaranan anticisim miqdarında ciddi dəy...