Qoşqar Təhməzli Rusiyaya ixrac olunan pomidora tətbiq edilən məhdudiyyətləri müzakirə edib

Qoşqar Təhməzli Rusiyaya ixrac olunan pomidora tətbiq edilən məhdudiyyətləri müzakirə edib
Sosial 76

Rusiyanın paytaxtı Moskva şəhərində Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli ilə Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvert arasında görüş keçirilib.

AQTA-dan BAKU.WS-ə verilən məlumata görə, görüşdə qida təhlükəsizliyi ilə bağlı ikitərəfli münasibətlər, birgə əməkdaşlığın perspektivləri, həmçinin AQTA ilə "Rosselxoznadzor” arasında baytarlıq, bitki karantini və mühafizəsi sahəsində imzalanması nəzərdə tutulan sazişlərin layihəsi və informasiya sistemlərinin inteqrasiyası ilə bağlı məsələlər müzakirə olunub.

Tədbirdə Azərbaycandan Rusiyaya ixrac olunan pomidor və alma məhsullarına tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində görülən işlər və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu ilə Rusiya Bitki Karantini Mərkəzi arasında əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər