"Qırmızı Körpü" gömrük postunda 120 avtomobil gözləyir"
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan-Gürcüstan sərhədində yerləşən "Qırmızı Körpü" gömrük postunda 120 avtomobil gözləyir.
BAKU.WS bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
Gömrük-sərhəd buraxılış məntəqələrində çıxışda canlı növbədə olan yük maşınlarının sayı barədə məlumata əsasən, Astara gömrük postunda 84, Mazımqara gömrük postunda 35, Samur gömrük postunda 84 yük maşını var.
Məlumata görə, hazırda Xanoba və Biləsuvar gömrük postlarında gözləyən avtomobil yoxdur.
AYNA daşıyıcıları gömrük postlarındakı yük maşınlarının sayı ilə bağlı davamlı məlumatlandırır. Bu, daşıyıcılara səfərlərini əvvəlcədən planlaşdırmaq imkanı yaradır.
Oxşar xəbərlər
Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA
"Azərbaycanda ikinci əl avtomobil bazarında qiymətlərdə cüzi artım müşahidə olunur. Bazarda müəyyən durğunluq olsa da, xüsusilə son 15 ildə istehsal edilmiş avt...