Qida, Pampers, döşək, xalça... - Qardaş ölkəyə edilən hümanitar yardım aksiyasından FOTOREPORTAJ

Qida, Pampers, döşək, xalça... - Qardaş ölkəyə edilən hümanitar yardım aksiyasından FOTOREPORTAJ
Foto
Sosial 328

Türkiyədəki zəlzələ ilə bağlı təşkil edilən yardım kampaniyası çərçivəsində insanların məntəqələrə axını davam edir.

BAKU.WS xəbər verir ki, Azərbaycan vətəndaşları Türkiyədə zəlzələdən zərərçəkənlər üçün səfərbər olublar.

Zəlzələdən zərər görmüş şəxslərin ilkin ehtiyaclarını ödəmək üçün Bakıda yaradılan qəbul məntəqələrinə vətəndaşlar quru qida, uşaq yeməkləri, konservalar, xalça, döşəkçə, yastıq, isti geyimlər gətirirlər.

İnsanlar imkanları çatan qədər əşyalar gətirib məntəqələrə təhvil verirlər.

Gətirilən mallar çeşidlənərək qablaşdırılır.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub. Xeyli sayda insan həlak olub və yaralanıb.

Humanitar yardım aksiyasından fotoreportajı təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər