Qeyri-sabit hava şəraiti nə vaxtadək davam edəcək?
18
iyn
2023
22:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 21-i gündüzədək davam edəcək.
Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.
O qeyd edib ki, şimal-qərbdən hərəkət edən soyuq atmosfer cəbhəsinin daxil olması nəticəsində hazırda ölkə ərazisində qeyri-sabit, yağıntılı hava şəraiti müşahidə olunur.
G.Məmmədovanın sözlərinə görə ölkə ərazisində müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti bölgələrdə iyunun 21-i gündüzədək, Bakıda və Abşeron yarımadasında isə iyunun 19-u səhərədək davam edəcək.
Oxşar xəbərlər
Azərbaycanda bu ərazilərə 18 sm qar yağıb - FAKTİKİ HAVA - YENİLƏNİB
Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Bu barədə BAKU.WS-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən bildiril...