Qənimət Zahidin məhkəməsi keçirilib
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Qənimət Zahidin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib.
Cinayət işi məhkəmə baxışına verilib və baxış iclası dekabrın 16-na təyin edilib.
Qeyd edək ki, Qənimət Səlim oğlu Zahid Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla istintaqdan gizləndiyi üçün barəsində axtarış elan edilib. Səbail Rayon Məhkəməsinin 25 iyul 2018-ci il tarixli qərarı ilə barəsində dörd ay müddətinə həbs qətimkən tədbiri seçilib.
İstintaqdan gizlənən təqsirləndirilən şəxsə ittiham elan edilməsi üçün 4 avqust 2018-ci il tarixdə Fransa Respublikasının səlahiyyətli orqanlarına müraciət olunub, lakin tutulması və ekstradisiyası mümkün olmayıb.
18 sentyabr 2025-ci ildə İctimai Televiziya və Radio vasitəsilə Qənimət Zahid 2025-ci il oktyabrın 20-də aparılacaq istintaqa dəvət olunub, lakin istintaqa gəlməyib.
Cinayət Prosessual Məcəlləsinin 467-13.6 və 467-13.7-ci maddələrinə əsasən, təqsirləndirilən Qənimət Zahid barəsində Binəqədi Rayon Məhkəməsinin 14 noyabr 2025-ci il tarixli qərarı ilə qıyabi icraat açılıb və müdafiəçi ilə təmin edilib.
İş üzrə toplanmış sübutların məcmusuna əsasən, 18 sentyabr 2025-ci il tarixdə Q.Zahidə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2-ci maddəsi üzrə yenidən ittiham elan edilməsi haqqında qərar qəbul edilib, lakin Azərbaycan Respublikası hüdudlarından kənarda gizləndiyindən ona ittiham elan etmək mümkün olmayıb.
İttihama görə, Qənimət Zahid 4 iyul və 15 iyul 2018-ci il tarixlərində "YouTube" platformasında Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqini təşviq edən açıq çağırışlar yayıb.
Oxşar xəbərlər
27 yaşlı oğlanın kanalizasiyaya düşüb ölməsi ilə bağlı cinayət işi məhkəmə baxışına verilib
Bakının Nərimanov rayonunda "Baksol" yolu ərazisində 27 yaşlı Cümşüd Cümşüdlünün faciəli ölümündə təqsirli bilinən Bakı Su Kanal İdarəsinin kanalizasiya kollekt...