Qəbul planı 100 faiz dolan ali məktəblər açıqlanıb - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Qəbul planı 100 faiz dolan ali təhsil müəssisələrinin adları açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu bardə apa-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Bildirilib ki, 6 ali məktəbdə bütün yerlər dolub. Bunlar Azərbaycan Tibb Universiteti, Dövlət İdarəçilik Akademiyası, "ADA" Universiteti, Azərbaycan Dövlət Dənizçilik Akademiyası, Bakı Ali Neft Məktəbi və Dövlət Gömrük Komitəsinin Akademiyasıdır.
Eyni zamanda subbakalavrların ən çox qəbul olduğu ali təhsil müəssisələri də açıqlanıb.
Bunlar Mingəçevir Dövlət Universiteti (475 nəfər), Bakı Biznes Universiteti (396 nəfər), Azərbaycan Texnologiya Universiteti (360 nəfər), Lənkəran Dövlət Universiteti (319 nəfər), Azərbaycan Dövlət Aqrar Universiteti (311 nəfər), Azərbaycan Dövlət İqtisad Universitetidir (310 nəfər).
Oxşar xəbərlər
İxtisas qrupları üzrə ayrılan dövlət sifarişli yerlərin sayı açıqlanıb
“Bu il ali məktəblərə dövlət sifarişli yerlərin sayı 21 799 olub”. BAKU.WS-in məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri...