Qəbul imtahanlarında keçid balları artacaq? - VİDEO

Ali məktəblərə qəbul imtahanlarının birinci cəhdində bəzi ixtisaslar üzrə zəif nəticə göstərən abituriyentlərin sayı üstünlük təşkil edir.
BAKU.WS Xəzər TV-yə istinadən bildirir ki, bu mənzərə xüsusilə ikinci və üçüncü ixtisas qruplarında daha çox hiss olunur. Mövcud vəziyyət qəbul imtahanlarının ikinci cəhdində sualların hansı səviyyədə olacağını gündəmə gətirir.
Təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, nəticələrin zəif olması sualların çətinliyi ilə əlaqədardır.
Ekspert hesab edir ki, qəbul imtahanlarının ikinci cəhdində Dövlət İmtahan Mərkəzi (DİM) balansı qoruyacaq.
Onun sözlərinə görə, qəbul imtahanlarının ikinci cəhdində bəzi qruplarda əvvəlki illərlə müqayisədə daha ciddi rəqabətin olacağı gözlənilir. Bəzi ixtisaslar üzrə isə balların yüksələcəyi də istisna deyil.
Rizvan Fikrətoğlu qeyd edib ki, nəticələrin zəif olması sualların çətinliyi ilə əlaqədardır.
Ətraflı süjetdə:
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...
