Qəbələ rayonunda 900-dən çox abonentin qazı kəsiləcək
Qəbələ rayonu Nohurqışlaq kəndinin bəzi ərazilərində qazın verilişində fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, Zaqatala Regional Qaz İstismar İdarəsinin (RQİİ) Qəbələ xidmət sahəsində Qəbələ rayonu Nohurqışlaq kəndi ünvanında yerləşən abonent Elvin Elcin oğlu Namazlıya məxsus torpaq sahəsinin qarşısından keçən D-57 mm-lik aşağıtəzyiqli yerüstü qaz xəttinin yerinin dəyişdirilməsi məqsədilə 18.08.2025-ci il tarixdə saat 10:00-dan işlər yekunlaşanadək 912 abonentin qaz təchizatının dayandırılması planlaşdırılır.
İşlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
Oxşar xəbərlər
Bakıda sürücü avtomobili yolun ortasında saxladı
Sözügedən nəqliyyat vasitəsi yolun hərəkət hissəsindən kənarlaşdırılaraq hərəkətin fasiləsizliyi təmin edilib. Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Bakı...