Qəbələ, Qax və Zaqatalanın bəzi ərazilərində qaz kəsiləcək
Sabah saat 10:00-dan etibarən Qəbələ, Qax və Zaqatala rayonlarının bəzi yaşayış məntəqələrində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, payız-qış mövsümünə hazırlıq və təmir-quraşdırma işləri ilə əlaqədar Qəbələ rayonunun Nic qəsəbəsi, Mirzəbəyli, Daşca, Mıxlıqovdaq, Yemişənli və Zarağan kəndlərində qazın verilişi dayandırılacaq.
Eyni zamanda, Qax şəhəri ilə yanaşı, rayonun Qaxbaş, Qaxingiloy, Ağçay, İlisu, Əlibəyli, Alatəmir, Meşəbaş və Əmircan kəndlərində də qaz təchizatına fasilə veriləcək.
Bundan əlavə, Zaqatala rayonunun Danaçı kəndində də təmir işləri səbəbindən qazın verilişi müvəqqəti dayandırılacaq.
Oxşar xəbərlər
"Nine Senses Fest 2026" festivalına bu gündən etibarən start verilib
Bakıda üçüncü dəfədir keçirilən beynəlxalq "Nine Senses Fest 2026" festivalına bu gündən etibarən start verilib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, fest...