"Qəbələ" klubunun prezidenti cəbhədən qayıtdı

30
noy
2020
21:31
"Qəbələ" İdman Klubunun prezidenti Fariz Nəcəfov cəbhədən qayıdıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, 42 yaşlı funksioner yenidən öz işinin başına keçib.
Lakin o, müəyyən səbəblərdən Azərbaycan Premyer Liqasının XI turunda bu gün keçirilmiş "Sumqayıt"la səfər matçını (1:0) stadiondan izləyə bilməyib.
Qeyd edək ki, İkinci Qarabağ müharibəsinin ilk günlərindən ehtiyatda olan zabit kimi döyüşlərə qatılan Fariz Nəcəfov hərbi əməliyyatlar zamanı korpus komandiri, general-mayor Mayis Barxudarovun mühafizəsini təşkil edib.
Oxşar xəbərlər
Tovuzda “ASAN Həyat” kompleksi istifadəyə verildi - FOTO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuzda “ASAN Həyat” kompleksinin açılışında iştirak edib. BAKU.WS xəbər verir ki, dövlətimizin b...
