Qəbələdə aztəminatlı ailələr üçün meyvə bağları salınıb (FOTO)
09
noy
2018
20:46
IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə təşəbbüsü ilə noyabrın 8-də Qəbələ rayonunda aztəminatlı ailələr üçün meyvə bağları salınıb.BAKU.WS-in məlumatına görə, ağacəkmə aksiyaları zamanı Qəbələ rayonunda ayrılan 2 ha ərazidə 1248 ədəd fındıq ağacı əkilib. Salınan meyvə bağları sözügedən rayonlarda yaşayan aztəminatlı ailələr arasında bölünərək, onların təmənnasız istifadəsinə verilib. Aztəminatlı ailələr bu meyvə bağlarına qulluq edib onlardan məhsul alaraq gəlir əldə etmək və maddi rifahlarını yaxşılaşdırmaq imkanı qazanacaqlar.Meyvə ağaclarının əkilməsi üzrə pilot layihəyə Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) xoşməramlı səfiri Leyla Əliyevanın təşəbbüsü ilə 2017-ci ilin aprel ayında başlanılıb. Layihə çərçivəsində ilk meyvə bağı İsmayıllı, daha sonra isə Şəmkir, Ağstafa, Tovuz, Ağdaş, Qax, Lənkəran, Beyləqan, Sabirabad, Ağcabədi, Bərdə, Lerik və Quba rayonlarında salınaraq aztəminatlı ailələr, o cümlədən Qarabağ müharibəsi veteranı və şəhid ailələrinin istifadəsinə verilib.Layihənin sosial-iqtisadi əhəmiyyəti ondan ibarətdir ki, bu cür bağların salınması əhalinin rifahının yaxşılaşdırılması ilə yanaşı, ölkəmizin kənd təsərrüfatı mallarının idxalından asılılığının azaldılmasına da töhfə verəcək.Layihə çərçivəsində fındıq, nar, ərik, feyxoa, xurma, qoz, alma növlərindən olmaqla ümumilikdə 16248 meyvə ağacları əkilib və 47 aztəminatlı ailə meyvə bağları ilə təmin edilib.Aztəminatlı ailələr üçün meyvə bağlarının salınması layihəsi çərçivəsində ağacəkmə aksiyaları oktaybr-noyabr aylarında İmişli, Qazax və Göygöl rayonlarında, gələcəkdə isə ölkənin digər rayonlarında da təşkil ediləcəkdir.Qeyd edək ki, Quba rayonunda meyvə bağlarının salınması üzrə təşkil edilən aksiyasına 200 nəfərdən çox yerli gənc könüllü olaraq qoşulub. IDEA ətraf mühitə laqeyd qalmayaraq, aksiyada iştirak etmiş bütün könüllülərə və tədbirin keçirilməsinə dəstək vermiş qurumlara təşəkkürünü bildirir.BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva abadlaşdırılan növbəti həyətdə kütləvi ağacəkmə mərasimində (FOTO)
IDEA İctimai Birliyinin və “Cavan” Gənclər Hərəkatı İctimai Birliyinin birgə təşkilatçılığı, Bakı şəhəri üzrə rayon icra hakimiyyətlərinin dəstəyi ilə baxımsız...