Leyla Əliyeva Şahdağ Milli Parkında – FOTO

Leyla Əliyeva Şahdağ Milli Parkında – FOTO
Şou-biznes 6364
 

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva İsmayıllı rayonunda Şahdağ Milli Parkında olub.

BAKU.WS-in məlumatına görə, Leyla Əliyeva burada zubrların təbiətə reintroduksiyası ilə bağlı IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF Azərbaycan tərəfindən həyata keçirilən birgə layihə çərçivəsində inşa ediləcək kompleksin ərazisinə baxış keçirib. Layihə Şahdağ Milli Parkının ərazisində zubrların çoxaldılıb təbiətə buraxılmasını nəzərdə tutur. Bu məqsədlə milli parkın yaxınlığındakı 30 hektar ərazidə yüngül konstruksiyalı tikinti işlərinin həyata keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, zubrlar Azərbaycanın zəngin təbiətində əsrlər boyunca məskunlaşıb. Növün son fərdlərinə keçən əsrin sonlarında Qafqaz dağının ətəyində rast gəlinib. Populyasiya effektiv idarə olunmadığından bu növün Azərbaycanda sayı tükənib. Son illər ərzində regionun və dünyanın aparıcı alimləri tərəfindən aparılan araşdırmaların nəticəsi olaraq, zəngin təbiətimizdə zubrlar üçün əlverişli şəraitin olduğu aşkarlanıb, bu növün populyasiyasının artırılması və qorunması məqsədi ilə reintroduksiyası layihəsinin keçirilməsinə qərar verilib.

Təsis olunduğu müddətdən IDEA İctimai Birliyi tərəfindən ölkəmizdə biomüxtəlifliyin qorunması və bərpası üzrə bir sıra layihələr həyata keçirilir. Daha əvvəl start verilmiş bu cür uğurlu layihələr arasında "Ceyranların tarixi areallarına reintroduksiyası” və Qafqaz bəbirinin mühafizəsi üzrə layihələri xüsusilə qeyd etmək olar.

BAKU.WS

Oxşar xəbərlər

Leyla Əliyeva İsmayıllıda meyvə bağlarının salınmasında iştirak edib - FOTO

Leyla Əliyeva İsmayıllıda meyvə bağlarının salınmasında iştirak edib - FOTO

Heydər Əliyev Fondunun "Regional İnkişaf” İctimai Birliyi, IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Tə...

1993 Sosial 19:02 07 aprel 2017

Son xəbərlər