Leyla Əliyeva: "Beynəlxalq ictimaiyyət buna səy göstərməlidir"
"Dünyanın müxtəlif yerindən insanların Azərbaycana gəlməsi sevindiricidir".
BAKU.WS xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri, Heydər Əliyev Fondunun vitse-prezident Leyla Əliyeva IV Ümümdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən "Ərzaq təhlükəsizliyi və dayanıqlı cəmiyyət naminə mədəniyyətlərarasıdialoq: Davamlı inkişaf və sülhün təmin olunması üçün əsas elementlər" plenar sessiyasında deyib.
Leyla Əliyevanın sözlərinə görə, Azərbaycan əsrlər boyu müxtəlif mədəniyyətlərin, dinlərin və sivilzasiyaların məkan olub: "Tarix boyu Azərbaycandakı müxtəlif inanclı xalqlar - müsəlmanlar, yəhudi və xristianlar sülh şəraitində yanaşı yaşayıblar. Bu kimi qarşılıqlı əlaqələr gündəlik həyatın bir hissəsi olub".
Leyla Əliyeva Bakının mədəniyyətlərarası forumların mərkəzinə çevrildiyini vurğulayıb: "Bu plenar sessiyada çıxış etməkdən məmnunam. Ərzaq təhlükəsizliyi ilə sülh və davamlı inkişaf arasında birbaşa əlaqə bu gün olduqca vacibdir. Bu dilaoq irqçiliyin və zorakılığın artmasına qarşı mühim qüvvədirr".
Leyla Əliyeva qeyd edib ki, yoxsulluq və aclığı aradan qaldırmaqla sülhsevər inklüziv cəmiyyətə nail ola bilərik: "Dünyada 870 milyon insan hələ də aclıq və az qidalanmadan əziyyət çəkir. Bu, elə bir vaxtdadır ki, ərzağın üçdə biri atılır. İqlim dəyişikliyi bu vəziyyəti daha da gərginləşdirir. Məhsulların əldə edilməsi ekosistemimizə zərbə vurub. Mədəniyyətlərarası dialoqun gücləndiriməsi ənənəvi kənd təsərrüfatı biliklərinin yayılmasına və qorunmasına xidmət edir.
Biz çalışmalıyıq ki, bu günün ərzağı gələcəyin ərzağı olsun. Beynəlxalq ictimaiyyət öz səylərini birləşdirərək ərzaq təhlükəsizliyi məsələsini mədəniyyətlərarası dialoqun gücləndirilməsi vasitəsinə çevirməlidir. Ərzağın bölüşdürülməsi özü bir mədəniyyətin formasıdır".
Leya Əliyeva deyib ki, ərzaq təhlükəsizliyi, ətraf mühitin qorunması, dayanıqlı inkişafı heç bir ölkə təkbaşına edə bilməz: "Qlobal əməkdaşlıq bu sahədə çox vacibdir. Bu baxımdan biz İDEA təşkilatını təsis etdik. Son 5 il ərzində gənc təşkilatımız gözəl nəticələr əldə edib. Ölkə ərazisində 5 milyon ağac əkmişik. Ceyranların tamamilə məhv olunmasının qarşısını almışıq. Qafqaz bəbiri və Qafqazda bizonun artması üçün tədbirlər görmüşük. Xəzər dənizində qızıl balığın qorunması üçün İDEA Kür çayının deltasının təmizlənməsi işini görüb. Bir neçə həftə əvvəl Azərbaycanın aztəminatlı ailələri üçün meyvə bağının salınması işini yerinə yetirmişik. Bunu FAO ilə birlikdə həyata keçiririk.
Din, irq və inancdan asılı olmayaraq, bir planetdə yaşayırıq. İnsan fəaliyyəti təbiətin qanunlarını pozur və böyük fəlakətlər gətirir. İnsanlar bu zənginlikləri itirməli deyil. Hər kəsi dəvət edirəm ki, dialoqa hər zaman açıq olaq”.
BAKU.WS
Oxşar xəbərlər
Leyla Əliyeva Asiya və Afrika Ölkələri İnstitutunda – FOTO
Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB) sədri Leyla Əliyeva M.V.Lomonosov adına Moskva Dövlət Universiteti nəz...