Qazilər Yasamal İH-də vəzifəyə təyin edildi - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovun müvafiq əmri ilə Vətən müharibəsinin qaziləri işə qəbul edilib.
BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər verir ki, qazilər Yasamal rayon İcra Hakimiyyəti aparatı strukturunda yaradılan “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinə” təyinat alıblar.
Şöbə müdiri vəzifəsinə Vətən müharibəsi iştirakçısı Samir İsmiyev təyin edilib. O, Prezident İlham Əliyevin Sərəncamı ilə “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilib. Murovdağ silsiləsində Ömər yüksəkliyinin düşməndən azad edilməsində iştirak edib. Hərbi rütbəsi polkovnik-leytenantdır.
Digər Vətən müharibəsi iştirakçısı Tural Əsgərov isə şöbəyə böyük məsləhətçi təyin edilib. Tural Əsgərov 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmış və Füzuli, Cəbrayıl və Xocavənd rayonlarının erməni işğalçılarından azad edilməsində iştirak edib.
Oxşar xəbərlər
Bu gün təltif edilən generallar - SİYAHI
Azərbaycan prezidenti İlham Əliyev Silahlı Qüvvələrin hərbi qulluqçularının təltif edilməsi haqqında sərəncam imzalayıb. BAKU.WS “Qafqazinfo”ya istinadən xəbər...