Qaz xətti şəhidin xatirə lövhəsinin hazırlanmasına mane olub - VİDEO

Qaz xətti şəhidin xatirə lövhəsinin hazırlanmasına mane olub - VİDEO
Video
Sosial 220

“Aprel döyüşləri”nin iştirakçısı olmuş Vətən müharibəsi şəhidi Nicat Hüseynovun vaxtı ilə yaşadığı fərdi yaşayış evinin qarşısından keçən qaz xətti şəhidin xatirə lövhəsinin hazırlanmasına mane olub.

“Azəriqaz” İstehsalat Birliyindən BAKU.WS-ə verilən məlumata əsasən, qurumun rəhbərliyinin tapşırığı ilə sözügedən ərazidə qaz xəttinin yeri dəyişdirilib və qapı keçidi quraşdırılıb.

Nicat Hüseynov 2015-2016-cı illərdə hərbi xidmətdə olarkən “Aprel döyüşləri”nin iştirakçısı olub, Vətən müharibəsi başlayan zaman isə könüllü olaraq döyüşlərə yollanıb. O, “Aprel döyüşləri” zamanı komandiri olmuş “Murov qartalı” şəhid polkovnik-leytenant Raquf Orucovun qisasını düşməndən alacağına söz verib. Vətənə olan sevgisi və komandirinin qisasını almaq istəyi onu ikinci dəfə döyüşlərdə iştirak etməyə vadar edib, Füzuli, Cəbrayıl istiqamətində gedən əməliyyatlarda iştirak edib. Döyüş bölgəsində qalan yaralı əsgər yoldaşını xilas etmək istəyərkən qəhrəmancasına şəhid olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Qazi və şəhid ailələrinin evləri qazlaşdırılır - VİDEO

Qazi və şəhid ailələrinin evləri qazlaşdırılır - VİDEO

“Azəriqaz” İstehsalat Birliyi 2021-ci ilin əvvəlindən etibarən həm 1-ci Qarabağ müharibəsinin iştirakçıları, həm də Vətən müharibəsinin qazi və şəhid ailələrini...

40 Sosial 13:45 07 iyul 2021

Son xəbərlər