Sabah bu ərazilərdə qaz olmayacaq
03
sen
2024
19:46
Sabah Masallının 4 yaşayış məntəqəsində qaz kəsiləcək.
"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Boradigah qəsəbəsində 2024-2025-ci illər Payız-qış tədbirlər planına uyğun olaraq ŞQTM-200 tipli qaz tənzimləyicinin quraşdırılması üçün Boradigah qəsəbəsi, Bədəlan, Babaser və Türkoba kəndinin bir hissəsi olmaqla ümumilikdə 4500 abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.
Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.
Oxşar xəbərlər
"Bu il 124 min şagird birinci sinifə qədəm qoyacaq"
"Bu il 124 min şagird birinci sinifə qədəm qoyacaq". BAKU.WS xəbər verir ki, bu sözləri Elm və təhsil naziri Emin Əmrullayev yeni tədris ilinə dair keçirilən mə...