Qaydaları pozan sürücü və piyadalar cəzalandırıldı - FOTO

Qaydaları pozan sürücü və piyadalar cəzalandırıldı - FOTO
Foto
Sosial 4

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilərək onların maarifləndirilməsi məqsədilə nəzarət-profilaktik tədbir keçiriblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı, digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb. Onlara yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və qanunvericiliyin tələbləri onlara izah edilib.

Həmçinin, piyada keçidlərində piyadalara yol verməyən və digər yol-hərəkəti qaydalarına riayət etməyən sürücülər də yol polisi əməkdaşları tərəfindən aşkarlanaraq inzibati məsuliyyətə cəlb olunublar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3929 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər