Qaydalar sərtləşdi - Karantini pozanlar cinayət məsuliyyətinə cəlb ediləcək
10
iyn
2020
19:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Nazirlər Kabineti “Azərbaycan Respublikasının ərazisində hava-damcı yolu ilə keçən yoluxucu xəstəliklər zamanı karantin nəzarətinə götürülmə Qaydaları”nda dəyişiklik edib.
BAKU.WS-in məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Karantin rejimini pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyacaqlar.
Qeyd edək ki, bundan əvvəl karantin rejimini pozan şəxslər İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırdılar.
Oxşar xəbərlər
Bu gün Milli Məclisdə 28 məsələ müzakirə ediləcək - SİYAHI
Azərbaycan Respublikası Milli Məclisinin 2020-ci il aprelin 24-də keçiriləcək iclasında 28 qanun layihəsi müzakirə ediləcək. BAKU.WS xəbər verir ki, həmin layih...