Qaxda dağlıq ərazilərə qar yağıb - FOTO

Qaxda dağlıq ərazilərə qar yağıb - FOTO
Foto
Sosial 2

Qax rayonunda yüksək dağlıq ərazilərə qar yağıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, sentyabrın 6-dan ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürməyə başlayıb.

Sentyabrın 7-si səhər saatlarında Balakən rayonun Katex və Zaqatala rayonunun Qəbizdərə kəndlərinin inzibati ərazisinə güclü dolu yağıb. Dolu nəticəsində 100-dən çox evin dam örtüyü yararsız hala düşüb. Bölgəyə yağan leysan nəticəsində bəzi dağ çayları məcrasından çıxaraq bir sıra kəndlərin ərazilərini basıb.

Sentyabrın 11-i axşamdan başlayaraq, bölgədə yenidən qeyri-sabit hava müşahidə olunur.

Gecə saatlarından başlayaraq yağış yağır, duman var, havanın temperaturu 12 dərəcəyədək enib. Yüksək dağlıq ərazilərdə temperaturun daha da düşdüyü bildirilir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Bakının reytinqli məktəbləri cərimələndi - SİYAHI

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi paytaxtın Yasamal rayonunda yerləşən A.Hüseynzadə adına 20 nömrəli tam orta məktəbdə qida qəbulundan sonra...

3929 Sosial 18:30 12 aprel 2023

Son xəbərlər