Qaxda bayram münasibətilə şəhid ailələri və aztəminatlı soydaşlarımız ziyarət olunub - FOTO

Qaxda bayram münasibətilə şəhid ailələri və aztəminatlı soydaşlarımız ziyarət olunub - FOTO
Foto
Sosial 37

Qax Rayon Polis Şöbəsinin əməkdaşları qarşıdan gələn Novruz bayramı münasibətilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın ailə üzvlərini, aztəminatlı soydaşlarımızı, eləcə də rayon ərazisində yaşayan etnik qrupların nümayəndələrini ziyarət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, 60-dək ailəyə baş çəkən polis əməkdaşları onları bayram münasibətilə təbrik edib, gündəlik qayğıları ilə maraqlanıblar.

Eyni zamanda, ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar verilib, azyaşlılara isə hədiyyələr təqdim olunub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər