Qarşıdakı üç günün hava proqnozu

Qarşıdakı üç günün hava proqnozu
Sosial 4182

Yaxın üç gün ərzində ölkə ərazisində mülayim, xoş və əsasən yağmursuz hava şəraitinin davam edəcəyi gözlənilir. Səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacağı ehtimalı var.

“Report”un məlumatına görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib. Onun sözlərinə görə, qərb istiqamətli, 5-10 metr sürətli külək əsəcək, havanın temperaturu Aran rayonlarında, gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 10 dərəcə isti, dağlarda isə gecə 5 dərəcə şaxtadan 7 dərəcəyədək şaxta, gündüz 3-8 dərəcə isti olacaq.

“Bakıda və Abşeron yarımadasında ayın 3-ü və 4-nə keçən gecə yarımadanın bəzi ərazilərində havanın çiskinli olacağı gözlənilir. Şimal-qərb küləyi saniyədə 7-12, arabir 15 metr sürətlə əsəcək. Havanın temperaturu gecə 5, gündüz isə 9-10 dərəcəyə yaxın isti olacaq.

Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Yanvarın 3-dən 6-dək qərb küləyi 5-10 metr saniyə, gündüz saatlarında arabir 15 metr saniyə olacaq. Havanın temperaturu gecə 5-6 dərəcəyədək şaxta, gündüz isə 8 dərəcəyə yaxın isti olacaq”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Yanvarın hava proqnozu açıqlandı

Yanvarın hava proqnozu açıqlandı

Yanvar ayında Azərbaycanda havanın orta aylıq temperaturunun iqlim normasına yaxın olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən BAKU.WS-ə verilən mə...

1548 Sosial 10:51 30 dekabr 2020

Son xəbərlər