Qarlı havanın dərsə davamiyyətə təsiri açıqlanıb - RƏSMİ

Qarlı hava şəraiti ilə əlaqədar Bakıda yüksək ərazilərdə fəaliyyət göstərən ümumi təhsil məktəblərində şagirdlərin dərsə davamiyyət göstəricisi digər günlərə nisbətən qismən aşağı düşüb.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.
Qeyd olunub ki, qeyri-sabit hava şəraiti ilə əlaqədar paytaxtdakı ümumi təhsil müəssisələrinin normal fəaliyyətinin təmin olunmasına diqqət daha da artırılıb. Bu istiqamətdə müvafiq qurumlarla əlaqələr gücləndirilib: "Təhsilalanların və təhsilverənlərin təhlükəsizliyinin, təhsildə fasiləsizliyin təmin olunması diqqət mərkəzində saxlanılan əsas amillərdəndir".
Oxşar xəbərlər
Bakıda bu məktəbdə tədris bərpa olundu
Bakıda 57 saylı ümumtəhsil məktəbində tədris bərpa edilib. Bu barədə BAKU.WS-ə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, 57 nömrəli ta...
