Qaradağ sakinlərinə DOST xidmətləri
Yeniliklərdən dərhal xəbərdar olun
1 saylı Bakı DOST Mərkəzinin xidməti ərazi üzrə fəaliyyət dairəsi genişləndirilir. Hazırda Bakının Səbail və Yasamal rayonlarının əhalisinə xidmət göstərən 1 saylı Bakı DOST Mərkəzi 1 avqust 2020-ci il tarixindən etibarən Qaradağ rayonunu da əhatə edəcək.
DOST Agentliyindən BAKU.WS-ə verilən məlumata görə, bu rayonun sakinləri də sosial təminat, sosial müdafiə, məşğulluq, əmək münasibətləri də daxil olmaqla ümumilikdə 132 DOST xidmətindən faydalana biləcəklər.
Xatırladırıq ki, DOST mərkəzləri 5 avqusta kimi xüsusi iş rejimində fəaliyyət göstərir.
Vətəndaşların müraciətlərinə yalnız e-poçt və Çağrı Mərkəzi 142 vasitəsi ilə baxılır. Vətəndaşların yerində qəbulu dayandırılıb.
DOST mərkəzləri və Çağrı Mərkəzi 142 şənbə və bazar günü fəaliyyət göstərmir.
Vətəndaşların müraciətləri aşağıda qeyd olunan e-poçt ünvanları vasitəsilə cavablandırılır:
1 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost1_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost1_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost1_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost1_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost1@sosial.gov.az
2 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost2_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost2_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost2_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost2_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost2@sosial.gov.az
3 saylı Bakı DOST Mərkəzi
Pensiya üzrə müraciətlər: dost3_pensiya@sosial.gov.az
Müavinətlər üzrə müraciətlər: dost3_muavinat@sosial.gov.az
Təqaüdlər üzrə müraciətlər: dost3_taqaud@sosial.gov.az
Məşğulluq üzrə müraciətlər: dost3_mashgullug@sosial.gov.az
Ümumi məsələlər üzrə müraciətlər: dost3@sosial.gov.az
Vətəndaşlar həmçinin e-sosial.az portalında e-Xidmətlər (https://e-sosial.az/#/eServices) bölməsinə və ya e-gov.az portalının “Bütün xidmətlər” (https://www.e-gov.az/az/services) bölməsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin adını seçməklə göstərilən e-xidmətlərdən istifadə edə bilərlər.
Oxşar xəbərlər
Sabah DOST mərkəzləri və 142 - "Çağrı Mərkəzi" işləməyəcək
26 iyun Silahlı Qüvvələr Günündə DOST mərkəzləri və 142 - "Çağrı Mərkəzi" fəaliyyət göstərməyəcək. BAKU.WS DOST Agentliyinə istinadən xəbər verir ki, 27-28 iyun...