“Qarabağ"ın oyununa görə metroda xüsusi tədbirlər görülür
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Konfrans liqasının qrup turniri çərçivəsində "Qarabağ" futbol klubunun keçirəcəyi oyunla əlaqədar, arenanın yaxınlığında yerləşən "Gənclik" stansiyasında qarşılaşmanın keçirildiyi vaxt ərzində gücləndirilmiş iş rejimi tətbiq olunacaq.
Bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov BAKU.WS-ə açıqlamasında bildirib.
Onun sözlərinə görə, oyundan sonra sərnişinlərin təhlükəsiz və rahat daşınmasını təmin etmək məqsədilə bu stansiyaya yaxın obyektlərdə keçirilən kütləvi mədəni tədbirlərlə bağlı əməliyyat planına uyğun olaraq, keçidlərdə, vestibüllərdə və platformada müvafiq tədbirlər görüləcək.
“Ehtiyat qatarlar da nəzərdə tutulacaq. Zərurət yaranarsa, həmin qatarlar xəttə buraxılacaq.
Həmçinin "Nəriman Nərimanov" stansiyasının normal iş rejimi şəraitində sərnişinlərə xidmət göstərməsi üçün tədbirlər nəzərə alınacaq”, - deyə qurum rəsmis bildirib.
“Qarabağ" klubuna uğurlar!
Oxşar xəbərlər
Dövlət avtomobilləri satışa çıxır - "Mercedes Benz" 5 min AZN - QİYMƏTLƏR
17 avqust 2021-ci il tarixdə hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 13 nəqliyyat vasitəsi çıxarılıb. Hərr...