"Qarabağın məşhur müəllimləri" – Zakir Bağırov
Yeniliklərdən dərhal xəbərdar olun
Təhsil Nazirliyinin "Qarabağın məşhur müəllimləri" layihəsinin növbəti siması Zakir Bağırovdur. O, 1929-cu ildə Şuşada doğulub. 1953-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib və fəlsəfə kafedrasında pedaqoji fəaliyyətlə məşğul olmağa başlayıb.
BAKU.WS xəbər verir ki, mədəniyyət tariximizdə özünəməxsus yeri olan Zakir Bağırov uzun müddət Azərbaycanın mədəniyyət naziri vəzifəsində çalışıb.
Hər kəs bu gün onun adını - humanist xarakterli, daim yaradıcı təfəkkürlə yaşayıb-işləyən mədəniyyət nazirini üzündə ilıq bir təbəssümlə xatırlayır. Zakir Bağırov nazir olduğu dövrdə mədəniyyətimizin inkişafı üçün çox işlər görüb. Onun təşəbbüsü ilə Bakıda müasir tələblərə cavab verən Bakı Xoreoqrafiya Məktəbi tikilib. Bir sıra mədəniyyət ocaqları təmir edilib, yeni orkestrlər yaranıb, Mahnı Teatrı təşkil olunub.
Qeyd edək ki, "Qarabağın məşhur müəllimləri" layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr Ulu Öndərin...