Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Aşpaz

Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ! - Aşpaz
Sosial 299

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə - Ağdam, Qubadlı, Laçın, Zəngilan, Cəbrayıl və Xocavənd mobil bazalarında aşpaz, qabyuyan, xadimə, avtoçilingər, avtoelektrik, elektrik-texniki təmir işləri üzrə mütəxəssis, anbardar, gözətçi, fəhlə, bağban vəzifələrində işləmək istəyənlər üçün sənəd qəbulu elan edib.

ANAMA-dan verilən məlumata görə, maraqlananlar əlaqə telefonu göstərməklə sənədlərini career@anama.gov.az ünvanına göndərməlidir:

• müvafiq vəzifəyə sənədlərin təqdim olunmasına dair ərizə;

• şəxsiyyət vəsiqəsinin surəti;

• təhsilə dair sənədlərin surəti (attestat, diplom, sertifikat, arayış və s.);• əmək kitabçasının surəti (olduğu halda).

Sənəd qəbulu cari ilin 30 dekabr tarixinədək həyata keçiriləcək.

Seçim zamanı işğaldan azad olunmuş ərazilərdən məcburi köçkün olan şəxslərin namizədliyinə üstünlük veriləcək.

Əlavə məlumat üçün “805” qaynar xəttinə müraciət edilə bilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ANAMA işçi axtarır - Vakansiya və tələbləri

ANAMA işçi axtarır - Vakansiya və tələbləri

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad olunmuş ərazilərdə paramedik vəzifəsində işləmək istəyənlər üçün sənədlərin qəbulunu elan edib. Agentli...

1341 Sosial 13:36 05 iyun 2023

Son xəbərlər