Qarabağ və Dilbaz atları Almaniyada xüsusi maraq doğurub
Almaniyanın Axen şəhərində keçirilən və dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri hesab olunan "CHIO Aachen" çərçivəsində Azərbaycan Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti uğurla iştirak edib.
Federasiyadan BAKU.WS-ə bildirilib ki, yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən, 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında keçirilib.
Qeyd olunub ki, tədbir çərçivəsində təşkil olunanxüsusi "Horse & Symphony" proqramında və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestri "CHIO Aachen" orkestr kollektivi ilə birgə çıxış edib.
Azərbaycanın qədim atçılıq ənənələrini özündə əks etdirən Qarabağ və Dilbaz atları xüsusi maraq doğurub, milli musiqi elementləri və mədəni kompozisiyalar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
Qalereya
Oxşar xəbərlər
Hansı bürclərin daha acgöz olduğu açıqlanıb
Astrologiyada bəzi bürclər daha çox pul, dəbdəbə, diqqət və sahib olduqlarını artırmaq istəyi ilə əlaqələndirilir. BAKU.WS xəbər verir ki, astroloji şərhlərə gö...